Azərbaycanda Qədr gecəsi mərasimləri ilk dəfə videoformatda təşkil edildi - VİDEO - ƏLAVƏ OLUNUB

Azərbaycanda Qədr gecəsi mərasimləri ilk dəfə videoformatda təşkil edildi - VİDEO - ƏLAVƏ OLUNUB Video əlavə olunub
Din
17 May , 2020 15:46
Azərbaycanda Qədr gecəsi mərasimləri ilk dəfə videoformatda təşkil edildi - VİDEO - ƏLAVƏ OLUNUB

Video əlavə olunub


***04:17

Bu gecə Azərbaycanda Ramazan ayının üçüncü, son Qədr gecəsidir.

Bu il ilk dəfə olaraq koronavirus pandemiyası səbəbindən Azərbaycanda müsəlmanlar Qədr gecəsinin əməllərini məsciddə yox evlərində icra ediblər. 

Mövcud vəziyyət nəzərə alınaraq hər bir məsciddə videoformatda mərasimlər təşkil olunub. "Report"un əməkdaşlarının Bakı və Sumqayıt şəhərində yerləşən müxtəlif məscidlərdə apardığı müşahidələr bunu göstərir. 

Belə ki, axundlar tərəfindən vətəndaşlara Ramazan ayının hikmətindən, eyni zamanda qədr gecələrinin əhəmiyyətindən bəhs edən xütbələr və maarifləndirici moizələr oxunub. Mərasimlər canlı olaraq hər bir məscidə məxsus rəsmi “Youtube”, “Facebook” və “Instagram” hesablarında yayımlanıb.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli bildirib kiQədr gecəsi Allahın kitabı “Quran”ın nazil olduğu gecədir. “Qurani-Kərim” İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub. Onun sözlərinə görə, Qədr gecəsində səhərə qədər oyaq qalmaq və ibadətlə məşğul olmaq böyük savab sayılır.

Sumqayıt şəhər Cümə məscidinin imamı, ilahiyyatçı Hacı Rauf Sərdarov da Qədr gecəsinin fəzilətlərindən danışıb. O qeyd edib ki, insanlar bu müqəddəs gecədə öz səhvlərini, xətalarını etiraf etməli, keçmişini təftiş edərək özünə hesabat verməli və bağışlanmasını diləməlidir. Qədr gecəsində səhərə qədər ibadətlə məşğul olub əfv diləyənlər heç şübhəsiz ki, bağışlanmış olacaqlar. 

Koronavirus pandemiyası ilə əlaqədar Ramazan bayramı namazları da fərdi qaydada evlərdə qılınacaq. Çünki, Nazirlər Kabineti yanında Operativ Qərargahın 10 nəfərdən artıq adamın bir yerə toplaşmamaq qadağası qüvvədə qaldığı üçün məscidlərdə bayram, cümə və camaat namazlarının bərpası mümkün deyil.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin fitvasına əsasən, Ramazan bayramı Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 24-nə təsadüf edəcək. 

Video: Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi